Mətbuat-Monitorinq 07.02.15
“Azadlıq” qəzeti məhkum Lamiyə Quliyevanın həbsxanada müəmmalı şəkildə uşaq dünyaya gətirməsilə bağlı təfərrüatlar mətbuatda açıqlandıqdan sonra Penitensiar Xidmətin iki əməkdaşının istintaqa cəlb edilməsini, bu məsələyə dair İlham Əliyevin qərarının gözlənilməsini, Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanov və daha bir neçə məmurun həbsə alına bilməsini manjetə çıxarıb.
Qəzetin bölgə müxbiri Elçin İsmayıllı həyatının təhlükədə olduğunu, İsmayıllı rayon icra başçısı tərəfindən təhdidlərə məruz qaldığını bildirir.
Manatın məzənnəsinin qorunmasının günə 38.5 milyon dollara başa gəldiyini, bu sürətlə məzənnəni cəmi 11 ay qorumağın mümkünlüyünü deyən ekspertlər manatın məzənnəsinin süni yolla qorunmasını ölkə iqtisadiyyatının güclü olmamasının göstəricisi sayıblar.
Torpaq Komitəsinin ləğv olunmasının PA-nın rəhbəri Ramiz Mehdiyevin komandasında narahatlıq yaratdığını yazan qəzet bundan sonra hədəfə nazir Ramil Usubovun gələcəyini qeyd edir.
Qəzet Avropa Parlamentinin Azərbaycandakı siyasi duruma dair tənqidi ruhlu arayışını “hakimiyyəti təşvişə salan arayış” kimi dəyərləndirir.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov “sovetski” məhəlləsində söküntülərin dayanmasını köçürmə prosesinin maliyyələşməsindəki çətinliklərlə izah edib.
“Ekspress” erməni silahlı qüvvələrinin Tovuzun Əlibəyli kəndini 4 saat atəşə tutmasını, bir nəfərin yaralanması, 1 evin yanmasını, 100-dək evin ziyan görməsini diqqət mərkəzinə çəkib.
Ölkədə bəzi şəxslərin dinlərini dəyişməsinə toxunan qəzet bunu “dövləti müsətiqlliyə təhdidlər”in olması kimi dəyərləndirir.
“Novoe Vremya” Münhendə Avropanın təhlükəsizliyi ilə bağlı keçirilən tədbiri “dünyanın artıq əvvəlki olmaması, birqütblü dünyanın dağılması” adlandıraraq ön plana çıxarıb.
“Bizim yol” 2014-cü ildə 18.7 milyard manat gəlirin 3.6 milyard manatının dekabr ayında silinməsini diqqət mərkəzinə çəkərək bunu “büdcə gəlirlərinin “dekabr sirri” kimi nəzərə çatdırır.
Hüquq-mühafizə orqanlarının cinayət statistikası ilə bağlı açıqlamalarına isnadən ekspertlər cəmiyyətdə aqressiyanın artmasına əsas kimi insanların psixoloji durumu və sosial-iqtisadi problemləri göstərirlər.
“Yeni Müsavat” Avropa təhlükəsizliyi ilə bağlı Almaniyada keçirilən tədbirə dövlət başçısı İlham Əiyevin qatılmasını xüsusiləşdirərək bunu Qarabağ probleminin həllinə yaranan real şans, “baş məşq” iddiasını ilk səhifəyə çıxarıb.
Deputat Vahid Əhmədovun Vergilər, Maliyyə nazirlikləri və Əmlak Komitəsinin birləşdirilməsi təklifini qəzet “deputatdan sensasion təklif” kimi təqdim edir.
-
- Siyasət
- 7 Fevral 2015 13:20
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz