ВР-Azerbaijan şirkətinin əməkdaşı ixtisara düşdüyünə görə 100 min manata yaxın kompensasiya alıb
Xəbər verildiyi kimi, ilin əvvəlindən ölkənin ən iri hasilat şirkəti - “BP-Azerbaijan” öz ştatının azaldılmasına başlayıb və birinci ay 255 əməkdaşı işdən çıxarıb.
Turana öz mənbələrindən məlum olub ki, ixtisara düşən işçilərdən heç biri şirkət rəhbərliyinə qarşı hər hansı iddia irəli sürməyib. Belə ki, verilən kompensasiya onları qane edib. Kompensasiyaya iki amil təsir göstərib: iş stajı və işçinin ixtisası (dərəcəsi).
Ən böyük həcmdə kompensasiyanı şirkətin 18 il əmək stajına malik olan əməkdaşı alıb. Onun “birdəfəlik qonorar”ı 100 min manata yaxın olub. Üstəlik bu pullara vergi şamil edilmir, hamısını şirkət özü ödəyir.
Bundan əlavə, “BP-Azerbaijan” əməkdaşlarının sosial müdafiəsi məqsədilə görünməmiş aksiya təşkil edib. İxtisar olunanlar arasında kredit borcları olan şəxslərin borclarının bir hissəsini 14 ay müddətində ödəmək qərarına gəlib. Bu, əsasən ipoteka kreditlərini ödəyənlərə şamil edilib.
“Hesab edirik ki, bizim əməkdaşlar şirkətdəki dayanıqlı və perspektivli işə arxayın olaraq öz üzərlərinə maliyyə riski götürüblər. Lakin obyektiv səbəblərdən bu, belə olmadı. Odur ki, keçmiş əməkdaşlarımıza yardım etmək qərarına gəldik”, - ВР-Azerbaijan-ın adının açıqlanmasını istəməyən menecerlərindən biri Turan-a bildirib.
Qeyd edək ki, martın sonlarına qədər ВР-Azerbaijan ümumilikdə 422 nəfəri işdən çıxaracaq.–12В-
-
- İqtisadiyyat
- 7 Fevral 2015 12:35
-
- Cəmiyyət
- 7 Fevral 2015 13:07
İqtisadiyyat
-
Elon Mask, ABŞ Dövlət İdarəetməsinin Effektivliyi Departamentinin (DOGE) həmsədri olaraq, 2026-cı ilə qədər federal xərclərin aqressiv şəkildə azaldılması yolu ilə ABŞ-da inflyasiyanı sıfıra endirmək üçün strategiya irəli sürüb. Maskı planı, proqnozlaşdırılan gündəlik xərcləri təxminən 4 milyard dollar azaltmağı hədəfləyir və 2026-cı ilə qədər federal büdcə kəsirini 1 trilyon dollara qədər endirməyi nəzərdə tutur. Kəsir hələ də böyük olsa da, Musk hesab edir ki, sürətləndirilmiş iqtisadi artım inflyasiya təzyiqlərini kompensasiya edərək iqtisadiyyatı sabitləşdirə bilər.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aralıq dənizinin ən iri dəniz yataqlarından biri olan Tamar qaz yatağında 10% pay əldə etmək üçün Union Energy ilə müqavilə imzalayıb, şirkət çərşənbə günü bəyanatında bildirib.
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
Rəy yaz