Mətbuat-Monitorinq 29.12.15
Rəsmi qəzetlər dövlət başçısı İlham Əliyevin Bakıda “Baytarlıq şəhərciyi”nin açılışında iştirak etməsini ilk səhifələrdə yerləşdiriblər.
“Azərbaycan” qəzeti dövlət başçısının əfv sərəncamı ilə həbsdən azad olan şəxslərin siyahısını, dövlət başçısının köməkçisi Əli Həsənovun 2015-ci ilin nəticələrinə dair müsahibəsini səhifələrində dərc edib.
“Azadlıq” qəzeti Gömrük Komitəsində də həhbslərin gözlənildiyini yazaraq “bu qurumu da MTN-in taleyi gözləyir” qənaətini bildirir.
Meydan TV- nin baş direktoru Emin Millinin qaynı, narkotik maddə ilə şərlənərək həbsə alınan Nazim Ağabəyovun məhkəməsi başlayıb, N.Ağabəyov ittihamın yalan olduğunu deyir.
Dövlət başçısının imzaladığı əfv sərəncamı ilə bir nəfər siyasi məhbusun belə azad olunmamasına qəzet “İlham Əliyevdən “analoqsuz əfv” şərhini verir.
Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli ədalətsiz məhkəmə hökmlərinin ölkədə 100-dən çox siyasi məhbusun yaranmasına səbəb olmasını “Azərbaycanda vicdanlı adamlara qarşı saxta hökmlərin dünyanı heyrətə salması” kimi dəyərləndirir.
Ekspertlər ölkədə 21 dekabr devalvasiyasından sonra yaranan iqtisadi durumu təhlil edərək hazırda orta aylıq əməkhaqqına görə Azərbaycanın Ermənistandan da geri qaldığını bəyan edirlər.`
“Ekspress” dövlət başçısının sərəncamı ilə 210 nəfərin əfv olunmasını “böyük bayram əfvi” kimi dəyərləndirir.
2015-ci ilin nəticələrini təhlil edən dövlət başçısının köməkçisi Əli Həsənova görə, ölkə özünü qlobal “təsirlər”dən qoruyub, “uğurlu inkişafı”nı davam etdirib.
“Exo” devalvasiya ilə bağlı ölkədəki bahalaşmanı önə çəkərək keçən illə müqayisədə bu il bir kiloqram salatın hazırlanmasının 40-60%, baha yəni, 13-14 manata başa gələcəyini göstərir.
“Bizim yol” dövlət başçısının sərəncamı ilə 210 nəfər məhbusunun azad olunduğunu, amma bu siyahıda siyasi məhbusların adının olmadığını ilk səhifəyə yerləşdirib.
QHT rəhbəri Əliməmməd Nuriyev adları İşçi Qrupun siyahısında olan siyasi məhbusların azadlığa çıxmamasının “beynəlxalq hay-küylə bağlı olması” barədə bəyanat səsləndirib.
Ekspertlər gələn il üçün ölkənin əsas problemləri kimi işsizlik və inflyasiyanı göstərirlər. Ekspertlər manatın belə tez müddətdə dəyərdən düşməsinə səbəb kimi neftin qiymətinin düşməsini yox, ölkədə tüğyan edən korrupsiya və rüşvəti göstərirlər.
“Yeni Müsavat” devalvasiyadan sonra yaranan narazılığın hökumətin içinə sıçrayacağını yazaraq buna görə maliyyə naziri Samir Şərifovun günahkar çıxarılacağını bildirir.
Dövlət başçısının imzaladığı əfv sərəncamının bir siyasi məhbusa belə şamil olunmamasını ekspertlər “siyasi keyfiyyəti sıfır olan sənəd” kimi dəyərləndiriblər.
Ekspertlərə görə, 21 dekabr devalvasyasının yaratdığı durum ölkə əhalisinin 80%-dən çoxunu protest elektoratının sıralarına daxil edir, bəzi partiya sədrləri isə bütünlükdə 2015-ci ili ölkə üçün “fəlakət ili” kimi qiymətləndiriblər.
Ekspertlər problemli kreditlərin bankların çoxunu müflis edəcəyi, əmanətlərin batacağı barədə xəbərdarlıq edirlər.
-
- İqtisadiyyat
- 28 Dekabr 2015 19:52
-
- İqtisadiyyat
- 29 Dekabr 2015 11:43
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz