Metronun "Sahil" stansiyasında qəza
Bakı/20.08.19/Turan: Saat 10:55-də metronun "Sahil" stansiyasında qəza baş verib. Elektrik gərginliyinin anidən düşməsi ilə əlaqədar stansiyadan işıq sönüb və eskalatorun fəaliyyəti dayanıb.
"Bakmetropoliten"in məlumatına görə, qısa müddət ərzində elektrik enerjisi verilməsi bərpa olunub. Sərnişinlərlə bağlı hər hansı problem yaranmayıb. Elektrik enerjisinə qoşulma isə 3-4 dəqiqə çəkib, deyə mətbuat xidmətinin məlumatında bildirilir.
Gərginliyin düşməsinin səbəbi haqqında məlumat verilmir. -03D-
Cəmiyyət
-
Azərbaycanla Ermənistan növbəti mərhələdə delimitasiya işlərinin İranla sərhədə qədər başlanması barədə razılığa gəlib. Bununla bağlı yanvarın 16-da Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə ermənistanlı həmkarı Mher Qriqoryanın sədrliyi ilə iki ölkənin dövlət sərhədinin delimitasiya və təhlükəsizliyi komissiyalarının iclasında razılıq əldə edilib.
-
Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında yağışlı və küləkli hava şəraiti gözlənilir. Bu barədə meteoroloji proqnozlarda məlumat verilib.
-
18 yanvar tarixində Azərbaycan üzrə hava proqnozu ölkənin müxtəlif bölgələrində dəyişkən hava şəraiti gözlənildiyini, bəzi ərazilərdə yağışın olacağını bildirir.
-
“Azercell” istifadəçilərə daha rahat xidmət təcrübəsi təqdim etmək məqsədilə öz mobil tətbiqinə "Qonaq girişi" funksiyasını əlavə edib. Bu yenilik bütün istifadəçilərə Azercell-in müxtəlif xidmət və məhsullarını daha əlçatan edir.
Rəy yaz