Arxiv
Milli Şura 19 yanvarda mitinq keçirmək barədə qərar qəbul edib
Bakı / 11.01.19 / Turan: Azərbaycan Demokratik Qüvvələrin Milli Şurası yanvarın 19-da mitinq keçirmək barədə qərar qəbul edib.
Milli Şuradan Turana verilən məlumata görə bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək.
Mitinq keçirmək üçün təşkilatçılar "Mehsul" stadionu və ya "Ulduz" metro stansiyasının çıxışındakı meydanda təklif edirlər.
Bu mitinq blogger Mehman Hüseynov və siyasi məhbuslar üçün azadlıq şüarları altında keçiriləcək.
Mitinqdə oğurlanmış pulların ölkəyə qaytarılması tələb olunacaq. -0-
-
- Cəmiyyət
- 11 Yanvar 2019 18:19
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz