Мехман Гусейнов
Vəkil blogerin adından yayılan müraciətdən təəccüblənib
Bakı/11.01.19/Turan: Vəkil Şəhla Hümbətova bloger Mehman Hüseynovun adından yayılan müraciətin məzmunundan təəccübləndiyini bildirib.
"Yanvarın 10-da 1 saylı Bakı Təcridxanasında Mehmanla görüşdüm. Amma bu gün "Report" agentliyinin dərc etdiyi müraciəti müzakirə etmədik", - Şəhla Hümbətova Turan agentliyinə bildirib.
Onun sözlərinə görə, ötən gün M.Hüseynov bu gün yayılan mətnin məzmununa əks fikirlər söyləyib: "O dedi ki, qida qəbul etməyəcək, ancaq süd, meyvə şirələri içəcək. Həm də bunu martın 2-nə kimi, yəni, həbs müddəti başa çatana kimi davam edəcək".
Vəkil deyib ki, bu görüşdən sonra onun yanına kimsə getməyib. "Buna görə də mənim üçün də maraqlıdır ki, bu məktubu M.Hüseynov kiminlə göndərib", - vəkil deyib. -05С-
* * *
2019 January 11 (Friday) 17:56:46
Vəkil Mehman Hüseynovun müraciətindən xəbərsizdir
Bakı/11.01.19/Turan: Cümə günü axşam Report agentliyi həbsdə olan bloger Mehman Hüseynovun KİV-ə müraciətini yayıb.
Müraciətdə deyilir ki, sosial şəbəkələrdə blogerin vəziyyətinin kritik olması və onun xəstəxanaya aparılması ilə bağlı əsassız məlumat yayılıb.
"Bu, həqiqətəuyğun deyil", - müraciətdə bildirilir.
Sonra blogerin adından deyilir ki, o, öz qardaşı Eminin, digər onu "istəyən" və "istəməyən" insanların hərəkətlərinə görə məsuliyyət daşımır.
"Nəzərinə çatdırmaq istəyirəm ki, aclıq aksiyasından sonra bərpa olunuram. Barəmdə aparılan cinayət işinin ədalətli olacağını gözləyirəm", - dərc olunmuş materilda deyilir
Report agentliyi əgər müraciət bütün KİV-ə göndərilibsə, niyə təkcə ona daxil olmasının səbəblərini açıqlamır.
Blogerin vəkili Fuad Ağayev bu müraciətdən məlumatsızdır. Digər vəkil Şəhla Hümbətovanın fikrini öyrənmək mümkün olmayıb.
Hüquqşünaslar qeyd edirlər ki, məhbusların bəyanatları vəkillər vasitəsilə çatdırılmalıdır. Əgər bu, vəkillərdən yan keçməklə baş verirsə, Penitensiar Xidmətin müraciətlərinin səhihliyinə şübhə yaranmasına əsas verir.
Böyük ehtimalla ola bilsin ki, hakimiyyət Mehman Hüseynovun işi ətrafındakı geniş rezonansdan narahat olub və bugünkü müraciət ona qarşı cinayət işinin hay-küysüz ötüşdürilməsinə siqnal ola bilər. -02B-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz