Milli Şura prezidentin referendum təşəbbüsünün əleyhinədir
Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Şurası (KŞ) iyulun 19-da özünün ekstern iclasında prezident İlham Əliyevin səlahiyyətlərinin genişləndirilməsilə bağlı referendumun keçirilməsi barədə dövlət başçısının təşəbbüsündən ciddi narahatlığını bildirib.
KŞ üzvlərinin fikrincə, Konstitusiyaya düzəlişlər faktiki olaraq hakimiyyətin qəsb edilməsinə və dövlətin demokratik institutlarının daha da zəifləməsinə aparır.
Bununla bağlı xüsusi bəyanatla çıxış etmək barədə qərar qəbul olunub.
KŞ həmçinin bir sıra aktual məsələləri, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlının və Taleh Bağırzadənin rəhbərliyi ilə “Müsəlman Birliyi” təşkilatının üzvlərinin məhkəmə prosesini müzakirə edib.
KŞ hesab edir ki, məhkəmə dinləmələrinin qapalı keçirilməsi prosesin qərəzli olmasından xəbər verir və irəli sürülən ittihamları şübhə altına alır.
KŞ ANS telekanalının yayımının dayandırılması ilə bağlı ciddi narahatlığını bildirib və telekanalın öz fəaliyyətində daha çox hökumətyönlü mövqe tutmasına baxmayaraq, hakimiyyətin bu hərəkətini söz azadlığına təzyiq kimi qiymətləndirib.—0—
-
- Cəmiyyət
- 19 İyul 2016 19:03
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz