Müdafiə Nazirliyi hərbi qulluqçunun öldüyünü təsdiq edib
Bakı/23.11.17/Turan: Bu gün təmas xəttində tapılmış Azərbaycan hərbiçisinin cəsədi 1988-ci il təvəllüdlü Cəlilbəyli Bəhruz Pərviz oğluna aiddir. Cəsəd Naxçıvanın Ordubad rayonu istiqamətində, Ermənistan SQ-nin mövqeləri yaxınlığında aşkar edilib, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin cümə axşamı yaydığı məlumatda deyilir.
Mənbənin məlumatına görə, Cəlilbəyli hərbi cinayət törətdikdən sonra özbaşına hərbi hissəni tərk edib. O, həqiqi hərbi xidmətə 2017-ci ilin yanvarında çağırılmışdı.
Hərbiçinin Ermənistan mövqeləri yaxınlığına necə getdiyi və hansı cinayəti törətdiyi açıqlanmır.
Öz növbəsində, Azərbaycanın hərbi əsirlərin və girovların işləri üzrə Dövlət Komissiyası həlak olan şəxsin cəsədinin alınmasında köməklik göstərilməsi xahişi ilə beynəlxalq təşkilatlara müraciət edib. -02D-
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz