Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur - NATO baş katibi
Brüssel/23.11.17/Turan: Dağlıq Qarabağda münaqişənin həll olunmaması narahatlıq doğurur, bu barədə NATO baş katibi Yens Stoltenberq cümə axşamı Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün yekunlarına görə bildirib.
"Bu gün biz Cənubi Qafqazda regional təhlükəsizliyi müzakirə etdik. Dağlıq Qarabağda münaqişənin həll olunmaması bizdə narahatlıq doğurur. Aydındır ki, bu münaqişənin hərbi həll yolu yoxdur", deyə Stoltenberq bildirib.
Onun sözlərinə görə, NATO Dağlıq Qarabağ münaqişəsinin həlli üçün formalaşdırılmış ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir. "Tərəflərin problemin həllini tapmağa çalışması, habelə gərginliyin artmasından uzaq durmaq üçün səy göstərməsi çox vacibdir", deyə o qeyd edib.
Öz növbəsində, Əliyev bildirib ki, Ermənistan nizamlanmaya can atmır və status-kvonu saxlamağa çalışır. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması haqqında dörd qətnaməsini xatırladan Əliyev deyib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyünə riayət olunmaqla həll oluna bilər. -02D-
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Cənubi Qafqazda Fransanın diplomatik mirasına dair kəskin müzakirə fonunda, cümə günü Bakıda beynəlxalq konfrans keçirildi və bu tədbirdə Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki rolu qiymətləndirildi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilən tədbir, Azərbaycanın uzun müddətdir Fransanın Ermənistana qarşı tarixi tərəfkeşliyindən narahatlığını vurğuladı.
-
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Human Rights Watch (HRW) təşkilatının icraçı direktoru Tirana Həsənə açıq məktub göndərərək, bu qurumun ölkədə insan hüquqları vəziyyəti ilə bağlı son hesabatına dair narazılığını ifadə edib.
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
Rəy yaz