Азад Гасанов
Müsavat Partiyasının fəalı saxlanılıb
Bakı/12.10.18/Turan: Müsavat Partiyası Suraxanı rayon təşkilatının fəalı Azad Həsənov oktyabrın 11-də saxlanılıb. O, oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Vilnüsdən Bakıya gəlib. Bu barədə Müsavat Partiyasının mətbut xidməti məlumat yayıb.
Mətbuat xidməti bildirir ki, A. Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. 2014-cü ilin fevralından mühacirətdədir, ailəsi ilə birlikdə Litvada siyasi sığınacaq alıb.
A. Həsənovun həyat yoldaşı, hazırda Vülnüsdə olan Təranə Həsənova bildirib ki, o, Bakı hava limanında problemlə üzləşməsə də sonradan həbs edilib.
"Azada Bakıdan dedilər ki atan can verir. O, təcili bilet aldı və oktyabrın 10-da saat 3:00-da Bakıya çatdı. Sərhəddi problemsiz keçib, günortaya qədər atasıyla bir yerdə olub. Sonra məscidə namaz qılmağagedib. Orada 662 nömrəli qara "Hyundai" markalı maşından düşən mülki geyimli şəxslər onun qollarını burub maşına oturdublar. Qardaşı kömək etmək istəyəndə onu sinəsindən itələyib deyiblər ki, polisdənik", -T. Həsənova bildirib.
Mətbuat xidməti A. Həsənovun harada saxlanılması ilə bağlı məlumat əldə edə bilməyib.
"Ailə üzvləri Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi"nə zəng edib. Hələ A. Həsənovun hansı səbəbdən saxlanılması, harada saxlanılması ilə bağlı məlumat verməyiblər. Vəkil Osman Kazımov da A. Həsənovun harada saxlanılmasını öyrənə bilməyib", - mətbuat xidmətindən bildiriblər.
Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, partiya fəalın həbsini pisləyib.
"Gözünüzü açıb dünyada nələr baş verdiyinə baxın. Bütöv bir millətə zülm etməkdən əl çəkin. İnsanlara öz normal həyatlarını yaşamağa imkan verin! Azad Həsənov və bütün siyasi məhbuslara azadlıq!" o, Facebok səhifəsində Müsavat fəalının saxlanılmasına münasibət bildirib.
Litvanın Azərbaycandakı səfirliyi A. Həsənovun saxlanılması ilə bağlı sorğunu şərh etməyib. Səfirliyin əməkdaşı bildirib ki, A.Həsənovun saxlanılması barədə səfirlikdə məlumat yoxdur.
DİN mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.-03B-
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz