Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb
Bakı/12.10.18/Turan: Ötən gün Daşkənddə ikitərəfli danışıqların yekunlarına əsasən Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında 2019-cu il üçün hərbi əməkdaşlıq planı imzalanıb.
Azərbaycanın müdafiə naziri Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Daşkənddə səfərdədir.
Z.Həsənovun özbəkistanlı həmkarı Abdusalom Əzizov ilə görüşündə müdafiə və hərbi təhsil sahəsində birgə əməkdaşlığın indiki vəziyyəti və perspektivləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub, hərbi-texniki istiqamətdə qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb. Məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Özbəkistan hərbi təhsil sahəsində təcrübə mübadiləsi ilə bağlı Azərbaycanla birgə tədbirlərin keçirilməsini planlaşdırır. Söhbət zamanı qeyd olunub ki, Özbəkistanın hərbi mütəxəssisləri Azərbaycan ərazisində keçirilən beynəlxalq təlimlərdə müşahidəçi kimi iştirak edəcəklər.
Görüşün sonunda Azərbaycan və Özbəkistanın Müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.-05D06-
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz