активист движения «Мусульманское единство» Аббас Гусейнов
Nardaran işi üzrə həbs edilmiş şəxsin səhhəti pisləşib
Bakı/13.05.19/Turan: "Müsəlman Birliyi" hərəkatının həbs cəzası çəkən fəalı Abbas Hüseynovun səhhəti kəskin pisləşib. Bu barədə onun bacısı Sevinc Hüseynova bildirib.
Onun sözlərinə görə, fəal DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində istintaq zamanı, daha sonra Qobustan həbsxanasında məruz qaldığı işgəncələrin nəticələrindən əziyyət çəkir.
"Abbasın uzun müddətdir ayaqları şişir, iltihabdan sonra qızdırması qalxıb. Vəziyyəti çox ağırdır, amma onu müalicə müəssisəsinə köçürmürlər", deyə Hüseynova bildirib.
Yanvarda qardaşı Qobustan həbsxanasında ağır işgəncələrə məruz qoyulub, bundan sonra ayağında ciddi travma yaranıb.
"Bakı İstintaq Təcridxanasına gətirildiyində onun ayağı şişmiş və qaralmışdı. Oradan onu gizlicə müalicə müəssisəsinə köçürüblər və əməliyyat ediblər. Abbas bir qədər yaxşılaşdıqda onu 8 saylı cəzaçəkmə müəssisəsinə köçürüblər. Amma indi onun ayağı yenə şişib və qızdırması qalxıb və o, ayaq üstündə dayana bilmir", deyə Hüseynova bildirib.
"Vəkilləri kənarlaşdırırlar. Əvvəlcə Yalçın İmanovu kənarlaşdırdılar, indi də Fariz Namazlını cəzalandırmaq istəyirlər. Bizə kömək edəcək vəkil tapa bilmirik", deyə Hüseynova bildirib. O, mayın 13-də Ombudsman Aparatına müraciət edib.
Öz növbəsində Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsində Hüseynova zəruri tibbi yardımın göstərilmədiyi haqqında iddianı təkzib ediblər. Müalicə müəssisəsinə köçürülmə qərarları həkimlərin rəyləri əsasında qəbul edilir, deyə xidmətdən bildiriblər. Amma Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən şərh almaq mümkün olmayıb.
Xatırladaq ki, Abbas Hüseynov 2015-ci ilin noyabrında Nardaran qəsəbəsində xüsusi əməliyyat zamanı həbs edilib, sonradan 20 il müddətinə azadlıqdan məhrum edilib. -06D-
-
- İqtisadiyyat
- 13 May 2019 16:35
-
- Siyasət
- 13 May 2019 17:08
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz