Açıq mənbələrdən foto
Azərbaycan MC-21-300 alınması haqqında heç nə demir
Bakı/13.05.19/Turan: Turan agentliyinin AZAL aviaşirkətinə informasiya sorğusu göndərməsindən bir həftə sonra hələ də Azərbaycanın aviadaşıyıcısının Rusiyadan MC-21-300 almaq niyyətində olub-olmadığı haqqında suala cavab verilməyib.
Ru.wikipedia.org-da yer alan məlumata görə, AZAL 10 MC-21-300 təyyarəsi sifariş verib, onlar 2019-2024-cü illərdə təhvil verilməlidir.
2016-cı ilin iyununda "İlyuşin Finans Ko" (İFK) və AZAL MC-21-300 alış-satışı haqqında memorandum imzalayıb.
İnterfaks-ın 2019-cu ilin fevralında verdiyi məlumata görə, 2018-ci ilin dekabrında Moskvada İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının XVII iclası çərçivəsində Rusiya tərəfi Azərbaycana 2016-cı ildə imzalanmış təyyarələrin, o cümlədən An-124-100 yük laynerlərinin alınması haqqında müqavilənin həyata keçirilməsi üzrə səyləri fəallaşdırmağı təklif edib.
"10 ədəd MC-21-300 təyyarəsinin lizinqlə alınması, beş illik uçuş istiqamətlərinin inkişaf etdirilməsi planına və on illik ölkənin hava gəmiləri parkının texniki vəziyyəti və inkişafı planına əsasən, Azərbaycanın daimi diqqəti altındadır", bu ilin fevralında hökumətdən deyə İnterfaks-a bildiriblər.
Amma 2019-cu il mayın 5-də Moskvanın Şeremetyevo aeroportunda Sukhoi Superjet 100-ün aviaqəzasından sonra Azərbaycan rəsmiləri MC-21-300 alınması planları haqqında heç nə demir. -0-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz