Turan Sumqayıt İcra Hakimiyyətini məhkəməyə verib
Bakı/13.05.19/Turan: Turan Ağentliyi Sumqayıt şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Agentliyin apellyasiya şikayəti bu gün, mayın 13-də Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.
Məhkəmə mübahisəsi İcra Hakimiyyətinin jurnalist sorğusuna cavab verməməsi ilə bağlıdır. Agentlik 2018-ci ilin sentyabrında Sumqayıt şəhər İcra Hakimiyyətinə informasiya sorğusu göndərib. Həmin sorğuda şəhid ailəsinə məxsus mənzilin Qubadlı rayonundan köçkün düşən ailə tərəfindən zəbt edilməsi işi ilə bağlı suallara cavab istənilib. Agentlik İH-dən xahiş edib ki, sözü gedən olayla bağlı planlaşdırlan tədbirlər, verilmiş qərarlar barədə gərəkli bilgilər təqdim edilsin. Ancaq İH sorğuya ümimiyyətlə cavab verilməyib.
Turan daha öncə Sumqayıt İnzibati - İqtisad Məhkəməsi qarşısında iddia qaldırmışdı. Agentlik məhkəmədən xahiş etmişdi ki, informasiya soröusuna cavab verməyi Sumqayıt İH-in üzərinə vəzifə qoysun. Ancaq məhkəmə aprel ayında agentliyə məhkəmənin vaxtı və yeri barədə xəbər vermədən iddiaya baxıb və onu rədd edib. Sumqayıt Apellyasiya Məhkəməsinə həmin qərarın qanunsuzluğundan şikayət edilib.
Agentliyin hüququları hesab edir ki, Sumqayıt İnzibati - İqtisad Məhkəməsi iddiaya baxarkən, gərəkli tədqiqat aparmayıb, qərarı maddi və prosessual normalarının kobud pozuntusuna yol verməklə çıxarıb.
"Sumqayıt Inzibati - İqtisad Məhkəməsi işə baxarkən Azərbaycan Konstitusiyasının məlumat azadlığı ilə bağlı müddəalarına, "İnformasiya əldə edilməsi haqqında" qanunun tələblərini doğru tətbiq etməyib. Məhkəmə həmçinin iddaçıya məhkəmənin yeri və vaxtı barədə məlumat verməməklə ciddi pozuntulara yol verib. Qərar verilərkən inzibati prosessual qanunvericiliyin tələbləri də nəzərə alınmayıb. Məhkəmə Sumqayıt İH-nin prosesdə iştirak edən təmsilçisinin istədiyi qərarı dərhal qəbul edib. İH təmçsilçisi məhkəmədə yanlış olaraq, sorğuya cavab verildiyini bildirib, məhkəmə də gərəkli dəqiqləşdirmə aparmadan qərar verib", agentliyin hüquqçuları şikayətlərində öz arqumentlərini detallı qeyd ediblər.
Agentlik Sumqayıt Apellyasiya Məhkəməsindən xahiş edib ki, aşağı məhkəmənin qərarını ləgv etsin, Sumqayıt İH-in üzərinə informasiya sorğusunu cavablandırmaq vəzifəsi qoysun.-0-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz