Nurnberqdə Azərbaycandakı siyasi məhbuslara azadlıq tələb edilib
Bakı/13.05.19/Turan: Mayın 13-də Almaniyanın Nürnberg şəhərində Müsavat Avropa Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə siyasi məhbuslara azadlıq tələbi ilə etiraz aksiyası keçirilib.
Aksiyada yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Azad Həsənovun, Seymur Həzinin, Əfqan Muxtarlının və bütün digər siyasi məhbusların dərhal azad olunması, repressiyalara son qoyulması tələb edilib. Tədbir iştirakçıları Azərbaycanın və Müsavat Partiyasının bayraqlarını, siyasi məhbusların fotolarını qaldırıb.
Aksiyada çıxış edən natiqlər Azərbaycan hakimiyyətin siyasətini sərt tənqid edib, rejimin dəyişdirilməsi zərurətini vurğulayıb. Xəbəri Müsavat AKM yayıb. -03D-
-
- Cəmiyyət
- 13 May 2019 17:24
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz