Narkotik cinayəti törədənlərin əksəriyyəti işləmir
Bakı/20.08.2019/Turan: Dövlət Statistika Komitəsi Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, ölkədə cinayətkarlıqla bağlı məlumat yayıb. Məlumata görə, 2019-cu ilin ilk 6 ayı ərzində 13534 cinayət hadisəsi qeydə alınıb.
Məlumatda deyilir ki, bu cinayətlərin 2472-si və ya 18,3%-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır. Onların da 59,6 faizini narkotik maddələri satış məqsədi olmadan, 33,2 faizini isə satış məqsədilə əldə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satmaq kimi cianyətlər təşkil edir: "Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 1674 nəfər cinayət törətmiş şəxs müəyyən edilmişdir ki, onların da 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunmuşdur", deyə məlumatda vurğulanır.
Məlumata görə, cinayət törətmiş şəxslərin 68,2 faizi heç yerdə işləmir və oxumur, 24,6 faizi isə əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdir.
Bu cainayəti törədənlərin 77 faizini 30 və daha yuxarı, 15 faizini 25-29, 8 faizini 18-24 yaşlı şəxslər təşkil edir. -0-
-
- Cəmiyyət
- 20 Avqust 2019 12:09
-
- İqtisadiyyat
- 20 Avqust 2019 12:40
Cəmiyyət
-
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma ilə bağlı ilk hal aşkarlanıb. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 18 yanvar tarixli birgə məlumatında deyilir.
-
Lider mobil operator şagird və valideynləri virtual məkanda təhlükəsiz davranış qaydaları ilə tanış edir Azercell uşaqların virtual məkanda təhlükəsizliyini təmin etmək və rəqəmsal savadlılığı artırmaq məqsədilə ölkə üzrə “Təhlükəsiz İnternet” mövzusunda təlimlərini davam etdirir. Bu dəfə layihə Quba, Xızı, Sumqayıt və Mingəçevir şəhərlərində keçirilib.
-
Azərbaycanla Ermənistan növbəti mərhələdə delimitasiya işlərinin İranla sərhədə qədər başlanması barədə razılığa gəlib. Bununla bağlı yanvarın 16-da Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə ermənistanlı həmkarı Mher Qriqoryanın sədrliyi ilə iki ölkənin dövlət sərhədinin delimitasiya və təhlükəsizliyi komissiyalarının iclasında razılıq əldə edilib.
-
Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında yağışlı və küləkli hava şəraiti gözlənilir. Bu barədə meteoroloji proqnozlarda məlumat verilib.
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 12:28
- 281
Rəy yaz