![Nazir Festivalın büdcəsini açıqlamadı](https://turan.az/resized/media/2019/main/072100020348-750-500-resize.webp)
Nazir Festivalın büdcəsini açıqlamadı
İyulun 21-də Bakıda start götürən 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı keçirilən mətbuat konfransında Gənclər və İdman Naziri Azad Rəhimov Turanın Festivalın təşkil işlərinə nə qədər vəsaitin ayrılması və xərcləməsi ilə bağlı suala konkret rəqəmi səsləndirmədi. Nazir yalnız Azərbaycanın Macarıstanda və Gürcüstanda əvvəlki illərdə keçirilmiş analoji idman yarışın təşkilinə xərclənmiş vəsaitdən az vəsaitin xərclədiyini dedi.
Nazir əlavə etdi ki, Festivala gələn hər idmançı qidalanmasına və qalmasına hər günə görə 90 avro ödəyir, nəqliyyat xərclər həmçinin idmançılar tərəfindən ödənilir.
Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək.
Yarışlarda 50 ölkədən 14-18 yaşında 3000-ə yaxın atlet iştirak edəcək. Yarışlar idmanın 10 növü üzrə keçiriləcək.
Avropa festivalları 1991-ci ildən başlayaraq iki ildə bir dəfə keçirilir.--0--
-
- Cəmiyyət
- 20 İyul 2019 17:58
-
- Sual-cavab
- 22 İyul 2019 01:00
Cəmiyyət
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
Rəy yaz