Nazir şəhid ailələrinə yardım ödənilməməsi haqqında vəziyyətə aydınlıq gətirməyib
Bakı/13.11.18/Turan: Bu gün şəhid ailələrinin üzvləri yenidən doğmalarının Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə həlak olması ilə əlaqədar onlara birdəfəlik yardımın ödənilməsi tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında toplaşıblar.
Ailələrdən birinin üzvü Sevinc Quluzadə bildirib ki, etirazçıların nümayəndələri nazirliyin qəbul otağına dəvət edilib.
"Onlar bizimlə qapalı məkanda danışmaq istəyirlər. Biz nazirin özü ilə görüşmək istəyirik. Çünki buna qədər biz artıq dəfələrlə Milli Məclis və Prezident Administrasiyası qarşısında toplaşmışıq, amma problem hələ də həll edilməyib", deyə Quluzadə bildirib.
O, şəhid ailələrinin üzvlərinin artıq təzminat aldığı barədə məlumatı təkzib edib.
"Nazirlik pulun ödənildiyini iddia edirsə, qoy sənədləri təqdim etsin. Telekanallarda pulun ödənildiyi haqqında əsassız məlumat yayılır", deyə Quluzadə bildirib.
Daha sonra etirazçıları əmək naziri Sahil Babayev qəbul edib. Görü nazirliyin akt zalında keçirilib və 40 dəqiqə davam edib. Amma iştirakçıların sözlərinə görə, görüş nəticəsiz yekunlaşıb.
"Biz yenə suallarımıza cavab tapmadıq. Biz hələ də başa düşmürük ki, Nazirlik hansı əsasla pulun ödənildiyini iddia edir. Çünki bunu təsdiq edən sənəd, bank qəbzi və s. yoxdur", deyə Quluzadə bildirib. Onun sözlərinə görə, nazir görüşü kəsərək, dövlət büdcəsi layihəsinin müzakirəsi üçün parlamentə getdiyini deyib.
Quluzadə deyib ki, indi şəhid ailələrinin üzvləri yenə Prezident Administrasiyasının qarşısında toplaşacaqlar.
Bu ilin yazında Azərbaycan prezidenti İlham Əliyev 1991-97-ci illərdə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüş əməliyyatları zamanı həlak olmuş və ya itkin düşmüş şəxslərin ailələrinə 11 min manat ölçüsündə birdəfəlik təzminatların ödənilməsi haqqında sərəncam imzalayıb.
Təzminatların ödənilməsi oktyabrın 9-dan başlayıb. Amma bir çox ailələrə keçmişdə vəsait almaları bəhanəsi ilə təzminat ödənilməsindən imtina edilib. Polis ailələrinə də təzminat verilmir. Vətəndaşların dövlət orqanlarına şikayətlərinə baxılmır. -06D-
-
- Qafqaz
- 13 Noyabr 2018 13:15
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz