Nemət Pənahlı
Nemət Pənahlı həbs olunub
Bakı/13.10.18/Turan: Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı həbs olunub.
Oktyabrın 12-də Nəsimi Rayon Məhkəməsinin qərarıyla ona 30 gün inzibati həbs cəzası verilib. Bu barədə həyat yoldaşı Həcər Pənahlı bildirb.
H.Pənahlının sözlərinə görə, N.Pənahlı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaq) maddəsilə ittiham edilib, amma bu ittihamı saxta adlandırıb.
H.Pənahlının sözlərinə görə, həyat yoldaşı oktyabrın 12-də günorta saatlarında evdən çıxıb və axşama qədər ondan bir xəbər ala bilməyiblər: "Axşam gəlmədiyini görəndə "102"yə zəng etdim, Nəsimi polisindən əlaqə saxlayıb dedilər ki, 30 sutka həbs olunub".
H.Pənahlı hesab edir ki, polislər N.Pənahlını axşam evinə gələndə saxlayıblar. Çünki avtomobili həyətdə olub.
N.Pənahlının həbsilə bağlı hələlik rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma N.Pənahlı 1988-ci ildə Bakının Azadlıq (o vaxtkı Lenin) meydanında keçirilən nümayişlərin aparıcısı olub.
O, 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il azadlıqdan məhrum edilmişdi. İttihamları isə qəbul etmirdi, bunu siyasi sifariş sayırdı.
O, 2016-cı il martın 17-də prezidentin verdiyi əfv fərmanı ilə vaxtından əvvəl azadlığa çıxıb. -0-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz