Zaur Qurbanlı
Zaur Qurbanlıya yaxşı xasiyyətnamə verən məmur işdən çıxarılıb
Bakı/13.10.18/Turan: Keçmiş siyasi məhbus Zaur Qurbanlını müsbət xarakterizəe dən məmurun işdən azad edildiyi bildirilir.
Bu ahqda Turan-a Z.Qurbanlının özü məlumat verib.
Həbsdən azad edilməsindən 3 il 9 ay ötən Z.Qurbanlı ölkə sərhədlərindən kənara çıxa bilməz. Çünki hələ üzərində məhkumluğu qalır. Qanunvericiliyə görə, məhkumluq həbsdən azad edildikdən 6 il sonra ödənilmiş hesab ediləcək.
Z.Qurbanlı deyir ki, məhkumluğunun vaxtından əvvəl götürülməsi üçün məhkəməyə müraciət edib. Müraciətə gərəkli olan sənədləri, o cümlədən xasiyyətnaməni də əlavə edib. Həmin xasiyyətnaməni keçmiş siyasi məhbusun yaşayış yeri üzrə Şəki rayonunun Qayabaşı kəndinin icra nümayəndəsinin müavini imzalayıb.
Bir həftə əvvəl onun müraciətinə Şəki rayon Məhkəməsində baxılıb. Müraciət təmin edilməyib.
"Ya hakim, ya da prokuror mənim barəmdə verilmiş xasiyyətnaməni Şəki rayon İcra Hakimiyyətinə göndərib. Nəticədə barəmdə xasiyyətnamə vermiş Şəki rayon Qayabaşı kənd icra nümayəndəsinin müavini işindən azad olunub", Z.Qurbanlı deyib.
O, hesab edir ki, 4 il əvvəl siyasi məhbus olmuş biri üçün müsbət xasiyyətnamə verilməsinin qadağan edilməsi, belə sənəd vermiş şəxsin vəzifəsindən kənarlaşdırılması hüquqa zidd, biabırçı davranışdır. Z.Qurbanlı olayla bağlı gərəkli hüquqi addımları atacağını qeyd edib.
Z.Qurbanlının açıqlamasına Şəki rayonu İcra Hakmiyyətinin Qayabaşı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən detallı cavab almaq mümkün olmayıb. Qurumdan nümayəndənin müavininin vəzifəsindən kənarlaşdırılmasını təsdiqləyiblər. Ancaq onun vəsifəsindən nədən azad olunması barəsində sualı cavablandırmayıb telefonu söndürüblər.
NİDA hərəkatı fəalı Zaur Qurbanlı 2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birgə həmkarları İlkin Rüstəmzadə, Rəşadət Axundov, Rəşad Həsənov, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Üzeyir Məmmədli və Şahin Novruzlu da 6-8 il həbs cəzası alıblar.
Onlar 2013-cü il 10 mart tarixli etiraz aksiyasında kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz partlayıcı maddə və narkotik saxlamaqda və xuliqanlıqda təqsirli biliniblər.
Zaur Qurbanlı 2014-cü ilin dekabrında dövlət başçısı tərəfindən əvf olunub.--0--
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz