Arxiv
Nemət Pənahlı həbsdən buraxılıb
Bakı/14.11.18/Turan: Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı həbsdən buraxılıb.
Bu haqda Turan-a onun vəkilləri bildiriblər.
Vəkillərin deməsinə görə, N.Pənahlının cəzası başa çatıb.
"Nemət Pənahlı barəsində keçən ay inzibati qaydada verilmiş 30 sutka inzibati həbs qərarının icra müddəti başa çatıb. O, saxlanıldığı Nəsimi rayon polis idarəsindən azadlığa buraxılıb".
N.Pənahlı barəsində verilmiş inzibati həbs cəzsını əsassız hesab edir. O, Turan-a deyib ki, yerli məhkəmə qərarlarından Avropa Məhkəməsinə şikayət edəcək.
N.Pənahlı oktyabrın 12-də saxlanılmışdı. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsiylə - polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaqda ittiham edilən N.Pənahlı 30 günlüyə inzibati qaydada həbs olunmuşdu.
N.Pənahlı məhkəməsində ittihamı rədd etmişdi.
Nemət Pənahlı 1988-ci ildə Bakının Azadlıq (ovaxtkı Lenin) meydanında keçirilən nümayişlərin aparıcısı olub.
O, 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il azadlıqdan məhrum edilmişdi. İttihamları isə qəbul etmir, bunu siyasi sifariş sayırdı. 2016-cı il martın 17-də prezidentin verdiyi əfv fərmanı ilə vaxtından əvvəl azadlığa çıxıb.--0--
-
- Maliyyə
- 14 Noyabr 2018 16:13
-
- İqtisadiyyat
- 14 Noyabr 2018 16:35
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz