Nəqliyyat vasitələri ilə bağlı bəzi inzibati cəzalar ləğv edilib
Bakı/17.11.17/Turan: Inzibati qanunvericiliyə nəqliyyat vasitələrinin saxlanılması qaydaları ilə bağlı dəyişiklik edilib. Milli Məclis nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətə görə cəza nəzərdə tutan maddəni İnzibati Xətalar Məcəlləsindən çıxarıb.
İnzibati Xətalar Məcəlləsinin 342.1.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə, 40 manat məbləğində cərimə cəzası nəzərdə tutur.
Məcəllənin 345-ci maddəsinin 2-ci bəndi də ləğv olunub. Həmin bənddə banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə 250 manat məbləğində cərimə nəzərdə tutulurdu.
Qeyd olunan maddələrin məcəllədən çıxarılması onların praktik olmaması, təcrübədə tətbiq olunmaması ilə izah edilib.
Cəmiyyət
-
İmişli rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində iki uşaq ölüb, üçü yaralandığı bildirilir. Daxli İşlər Nazirliyinin mətbuat xidmətindən Turana bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
-
Yanvarın 19-da səhər və axşam paytaxtda yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 7+11 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma ilə bağlı ilk hal aşkarlanıb. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 18 yanvar tarixli birgə məlumatında deyilir.
-
Lider mobil operator şagird və valideynləri virtual məkanda təhlükəsiz davranış qaydaları ilə tanış edir Azercell uşaqların virtual məkanda təhlükəsizliyini təmin etmək və rəqəmsal savadlılığı artırmaq məqsədilə ölkə üzrə “Təhlükəsiz İnternet” mövzusunda təlimlərini davam etdirir. Bu dəfə layihə Quba, Xızı, Sumqayıt və Mingəçevir şəhərlərində keçirilib.
Rəy yaz