Vahid Əhmədov
Vahid Əhmədov: Bank sistemi sağlamlaşdırılmalıdır
Bakı/17.11.17/Turan: "Pul-kredit və bank-maliyyə sistemində çox ciddi problemlər qalmaqdadır. Cənab prezident qeyd edib. 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən çox ziyanı bank sistemi vurub". Bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov Turana müsahibəsində bildirib.
Onun sdözlərinə görə, hazırda ölkədə banklarda kredit faizi 25-30, Mərkəzi Bankın isə uçot syavkası 15 faizdir.
"Bu MDB məkanında ən yüksək faizdir. Azərbaycanda qarşıda duran əsas məslələrdən biri bank sisteminin sağlamlaşdırılmasıdır", deputat qeyd edib.
Əhmədovun fuikrincə, bank sistemində sağlamlaşdırma aparılması zəruridir.
"Maliyyə Bazarlarına Nəzarət Palatası bankların sağlamlaşdırlmması ilə bağlı işlərə başladı, amma sona çatdırmadı. Palata bankların bağlanmasına üstünlük verir. Bu da yeni problemlər yaradır. "Standart" Bankı bağlayıblar. İndi bank əhalinin 157 milyon manat miqdarında əmanətlərini qaytara bilmir. Biz bankların bağlanmasının yox, birləşməsinin tərəfdarıyıq", deputat qeyd edib.
Deputat Mərkəzi Bankın pul siyasəti ilə də razı deyil.
"Mərkəzi Bankın apardığı siyasət nəticəsində dövriyyədəki pul kütləsi 11,6 milyard manatdan azalaraq 8 milyard manata düşüb. Bu ölkədə infilyasiyanın qarşısını alırsa, iqtisadiyyatın inkişafına təkan vermir", o qeyd edib. -03B-
Maliyyə
-
2024-cü ildə Azərbaycanda iqtisadi artım neft hasilatının həcmindəki azalmanın yavaşlaması və Qarabağın bərpasının səmərəliliyi fonunda 4,1% təşkil edib.
-
“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (IDR) növbəti dəfə “BBB-” səviyyəsində təsdiqləyib.
-
2024-cü ilin dekabr ayında Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 646,45 milyon manat vəsait köçürüb.
-
“Bakı Fond Birjası”nda (BFB) “Embafinans” bank olmayan kredit təşkilatının (BOKT) AZ2013020600 ISIN kodlu, 2 milyon manatlıq, 1 il tədavül müddətli faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Rəy yaz