Mark Libbi Azərbaycanda səfir missiyasını başa vurdu

Mark Libbi ABŞ-ın Azərbaycandakı səfiri kimi diplomatik missiyasını başa vurdu. Bu barədə səfirliyin X sosial hesabında dərc edilmiş məlumatda deyilir.

“ABŞ səfirliyində səfir Libby ilə vidalaşdığımız unudulmaz axşam! Onun ABŞ və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə, həmçinin Azərbaycanda yeni əlaqələrin qurulmasına olan səmimi və fədakar yanaşması həqiqətən ilhamvericidir. Səfirin yeni tərəfdaşlıq əlaqələrinin yaradılmasından gələcək əməkdaşlıq imkanlarının açılmasına qədər verdiyi töhfələr gələcək illərdə də əhəmiyyətini saxlayacaq. Təqaüdə çıxan səfir Libbiyə uğurlar arzulayır və bu əlamətdar anı bizimlə bölüşməyinizi diləyirik”, - məlumatda deyilir.

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti