�Nikoil bank�ın müxalifətçiyə qarşı iddiası yoxdur
Bakı/27.02.19/Turan: Bu gün Qaradağ Rayon Məhkəməsində Müsavat Partiyası gənclər təşkilatının rəhbəri Əbülfəz Sadıqbəyli, onun qohumu Asif Sadıqov və "Nikoyl bank"ın keçmiş işçisi Kamran Abbasovun işi üzrə iclas davam edib.
Xatırladaq ki, Ə.Sadıqbəyli 2018-ci il noyabrın 21-də bir qrup şəxs ilə əlbir olaraq dələduzluq etmək və saxta sənədlərdən istifadə ittihamı ilə həbs olunub. O, "Nikoil bank"dan kreditin ödənilməsinə dair saxta arayış almaqda təqsirli bilinir.
Lakin Ə.Sadıqbəyli kreditini ödəyib və bunu sübut edən sənədlər var.
"Nikoil bank"ın nümayəndəsi bildirib ki, Ə.Sadıqbəyliyə qarşı iddiası yoxdur və bank mülki iddiadan imtina edir. Hakim bildirib ki, məhkəmə istintaqı başa çatıb və növbəti iclası martın 6-na təyin edib.
İstintaq materiallarına görə, Ə.Sadıqbəyli avtomobilini girovluqdan götürmək üçün yol polisinə kredit borcunun ödənilməsi ilə bağlı yalan arayış təqdim edib. Guya bu işdə ona bankın keçmiş əməkdaşı K.Əsədov və müxalifətçinin qohumu, yol polisinin keçmiş işçisi A.Sadıqov kömək edib. -21C-
-
- Bazarların icmalı
- 27 Fevral 2019 17:02
-
- Siyasət
- 27 Fevral 2019 17:30
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz