Azərbaycan və Gürcüstan prezidentlərinin görüşünün yekunları
Bakı/27.02.19/Turan: Azərbaycan Gürcüstanla əlaqələrin inkişafına böyük önəm verir. Bu gün Bakıda keçirilən görüş və danışıqlar bu əlaqələrin gələcəkdə dərinləşməsinə xidmət edir. Bu barədə çərşənbə günü prezident İlham Əliyev Gürcüstan prezidenti Salome Zurabişvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
İ.Əliyevin sözlərinə görə, Azərbaycan və Gürcüstan beynəlxalq arenada bütün məsələlərlə bağlı bir-birini dəstəkləyir. Bu gün regionu qlobal energetika və nəqliyyat layihələri olmadan təsəvvür etmək mümkün deyil. Həmin layihələr təkcə Azərbaycanla Gürcüstanı birləşdirməyib, həm də qlobal əhəmiyyət kəsb etməklə bir çox ölkəni cəlb edib.
Sonra İ.Əliyev Azərbaycanda gürcülərə, Gürcüstanda isə azərbaycanlılara qarşı yaxşı münasibətin olduğunu qeyd edib.
Cavab sözündə S.Zurabişvili deyib ki, İ.Əliyevlə bütün sahələrlə bağlı ətraflı söhbət ediblər. O, regional energetika və nəqliyyat layihələrində Gürcüstanın iştirakını yüksək qiymətləndirib.
O bildirib ki, İ.Əliyevi Batumiyə Avropa İttifaqının nəqliyyat konfransına dəvət edib. O həmçinin iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə tərəfdar olduğunu bildirib.-02D-
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
Rəy yaz