Икрам Рагимов
Ombudsmanın nümayəndələri İkram Rəhimova baş çəkiblər
Bakı/15.02.19/Turan: Ombudsman Aparatının əməkdaşları əvvəlcədən xəbərdarlıq etmədən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasına baş çəkiblər. Bu barədə Ombudsman Aparatının məlumatında bildirilir.
Onlar saxlanma şəraiti, qidalanma, tibbi yardım, dustaqlarla rəftar, onların hüquqlarının təmin olunmasının vəziyyəti ilə tanış olublar. Bəzi şəxslərlə təkbətək görüşlər keçirilib, onlara hüquqi məsləhətlər verilib.
Onların arasında realliq.info saytının redaktoru İkram Rəhimov da olub. Bəzi məlumatlara görə, o, aclıq edir. Lakin İ.Rəhimov aclıq etmədiyini bildirib, məlumatda deyilir. Başçəkmənin yekunlarına əsasən təcridxana rəhbərliyilə müzakirələr aparılıb.
Xatırladaq ki, fevralın 14-də İ.Rəhimovun doğmaları bildiriblər ki, o, cinayət işinin saxtalaşdırılmasına etiraz olaraq 4-cü gündür ki, aclıq edir.
*İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədə yolu ilə pul tələb etməkdə ittiham olunaraq məhkəmənin qərarı ilə həbs edilib. Həbsdən öncə İ.Rəhimov bildirib ki, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunur.
Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq İkram Rəhimovu siyasi məhbus kimi tanıyıb.-03B06--
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz