Vahid Əhmədov: �Layihə komitədə müzakirə olunub�
"Əmanətlərin tam sığortalanması haqqında" qanuna dəyişiklik edilir və bu məqsədlə hazırlanmış layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu günkü iclasında müzakirə edilib. Bunu parlament komitəsinin üzvü Vahid Əhmədov bildirib.
Onun sözlərinə görə, layihəni Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin üzvü vəzifəsini icra edən Əfqan Baxışov təqdim edib.
V.Əhmədov deyib ki, bugünkü müzakirədən sonra layihə fevralın 19-da Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılacaq.
"2016-cı il martın 4-də "Əmanətlərin tam sığortalanması haqqında qanun" bu il martın 4-də qüvvədən düşür. Odur ki, belə bir qanuna ehtiyac vardı", - V.Əhmədov bildirib.
Xatırladaq ki, sözügedən qanun 2016-cı ildə qəbul olunub və sənəddə əmanətlərin tam sığortalanmasının müddəti 3 il idi. Hazırkı layihədə isə bu müddət daha bir il üçün uzadılır.--0--
-
- Cəmiyyət
- 15 Fevral 2019 17:48
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz