Polad Aslanovun işi üzrə məhkəmə prosesi fevralın 3-nə təyin edilib
Bakı/24.01.20/Turan: Xeberman.com saytının redaktoru Polad Aslanovun barəsində cinayət işi məhkəməyə verilib. İş üzrə hazırlıq iclası fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Gəniyevin sədrliyi ilə keçiriləcək. Bu barədə jurnalistin xanımı Gülmirə Aslanova məlumat verib.
Xatırladaq ki, redaktor Polad Aslanov iyunun 12-də saxlanılıb. Növbəti gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Ona qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır. Oktyabrın 5-də jurnalistin həbs müddəti daha 4 ay uzadılıb.
Dekabrda ona qarşı CM-in 134-cü maddəsi (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə daha bir ittiham irəli sürülüb.
P.Aslanov özünü günahkar saymır və bildirir ki, güc strukturlarında korrupsiya haqda yazıların dərcinə görə təqib olunur.
G.Aslanovanın sözlərinə görə, bəzi media nümayəndələri və fəallar onun həyat yoldaşının əleyhinə “yalan ifadələr” veriblər.
“Meydan” TV-nin məlumatına görə, fəal Dəyanət Babayev iş üzrə zərərçəkmiş kimi tanınıb.
Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları P.Aslanova qarşı cinayət təqibini pisləyiblər.06B-
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz