Prokuror realliq.info saytının rəhbərinin həbs edilməsini istəyir
Bakı/07.06.12/Turan: Cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsində realliq.info saytının redaktoru İkram Rəhimovun işi üzrə prosesdə dövlət ittihamçısı çıxış edib.
O, Rəhimovun 182.2.2-ci (təhdid yolu ilə pul tələb etmək, təkrarən törədildikdə) maddə ilə təqsirli bilinməsini və 6,5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Vəkil Elçin Sadıqov yekun çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Hakim növbəti iclası iyunun 12-nə təyin edib.
* Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, təhdid yolu ilə pul tələb etməkdə ittiham olunub və məhkəmənin qərarı ilə həbs edilib. Həbsindən əvvəl Rəhimov Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib edildiyini bildirib. -06B-
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz