�Qarabağ� fanatları və polis arasında kütləvi dava
Bakı/01.08.19/Turan: İyulun 31-də "Qarabağ" komandası ilə İrlandiyanın "Dundalk" komandası arasında matç zamanı insident baş verib. Matç "Qarabağ" komandasının qələbəsilə başa çatıb.
İkinci taymda polislər və Qarabağ fanatları gözlənilmədən münasibət aydınlaşdırmağa başlayıblar.
Onlarla polis və fanat arasında kütləvi dava baş verib. Klub rəhbərliyi, stadionun müdiriyyəti və polis bununla başlı rəsmi açıqlama yaymayıblar. Həmin qurumlardan şərh almaq cəhdləri baş tutmayıb.
Stadionda olan jurnalistlər münaqişəni qeydə alıblar. -02B-
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz