Məhkəmə Əli Kərimlinin şikayətini təmin etməyib
Bakı/01.08.19/Turan: AXCP sədri Əli Kərimli iyunun 28-də "Həmrəylik marafonu"nda iştirakdan sonra polis tərəfindən saxlanması ilə bağlı məhkəməyə şikayət verib.
Tədbir Müsavat Partiyasının ofisində keçirilib. Məqsəd etiraz aksiyası iştirakçılarının cərimələrinin ödənilməsi üçün vəsait toplanması olub.
Polisdə Ə.Kərimliyə qanunsuz yürüşlərin keçirilməsinin yolverilməzliyi barədə xəbərdarlıq edilib.
İyulun 31-də Bakının Binəqədi Rayon Məhkəməsində Ə.Kərimlinin saxlanması ilə bağlı şikayətinə baxılıb. O, Binəqədi Rayon Polis İdarəsində iki saata yaxın saxlanmasını qanunsuz adlandırıb və bununla da hüquq və azadlıqlarının pozulduğunu bildirib.
Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, müxalifətçinin şikayətində Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 5 (azadlıq və toxunulmazlıq hüququ), 8 (şəxsi və ailə həyatına hörmət hüququ), 11 (yığıncaqlar və birləşmək hüququ), 14 (ayrı-seçkiliyin qadağan olunması) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasından danışılır. Lakin məhkəmə şikayəti təmin etməyib.
Məhkəmənin qərarından apellyasiya instansiyasına şikayət veriləcək. -06D-
-
- Cəmiyyət
- 1 Avqust 2019 12:46
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz