Qarabağda güc qurumları çevriliş hazırlayır - müxalifətçi
Bakı/06.06.18/Turan: Politoloq, müxalif "Böyük Dirçəliş" partiyasının üzvü Tiqran Qriqoryan bildirib ki, Qarabağda hərbi çevriliş təhlükəsi yaranıb.
O, Facebook vasitəsilə müraciətində Qarabağ ermənilərini çevrilişə yol verməmək üçün qətiyyətli addımlara hazır olmağa çağırıb.
İyunun 6-da "dövlət naziri" Araik Arutyunyan istefa etdiyini bildirib. Amma Qriqoryanın fikrincə, bu, yayındırıcı manevrdir.
Arutyunyanın yerinə "Qarabağ Təhlükəsizlik Xidmətinin" rəisi Arşavir Qaramyan təyin ediləcək.
"Faktiki olaraq, etirazların başlamasına səbəb olan insanlar nəinki vəzifədən azad edilməyəcək, əksinə, hakimiyəti ələ keçirəcəklər", deyə Qriqoryan bildirib.
Xatırladaq ki, bir həftə əvvəl Xankəndində (Stepanakert) güc qurumlarının rəhbərliyinin istefası tələbi ilə etirazlar başlayıb. Narazılığa təhlükəsizlik xidmətinin xüsusi təyinatlı dəstəsinin 15 işçisinin mülki şəxsləri döyməsi səbəb olub. -02D-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz