Sinoptiklər havanın dəyişəcəyi barədə xəbərdarlıq edirlər
Bakı/06.06.18/Turan: İyunun 7-si axşam saatlarından 9-u günorta saatlarına qədər Bakıda və Abşeronda qeyri-sabit hava şəraiti olacağı, güclü şimal-qərb küləyi əsəcəyi və temperaturun aşağı düşəcəyi gözlənilir.
İyunun 9-da gecə və səhər saatlarında yağış yağacağı gözlənilir. Temperatur 3-5 dərəcə aşağı düşəcək, xəbəri Ekologiya Nazirliyinin sinoptikləri yayıb.
Ölkənin regionlarında da qeyri-sabit hava şəraiti olacaq. Şimal və qərb rayonlarında leysan yağacağı, şimşək çaxacağı gözlənilir.
Havanın temperaturu 4-6 dərəcə aşağı düşəcək. Çaylarda sululuq artacaq. Regionlarda qeyri-sabit hava şəraitinin ayın 11-nə qədər davam edəcək. -06D-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz