
Ağdamın “Qarabağ” futbol klubu Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Portuqaliyanın “Braqa” komandasına 4:2 hesabı ilə inamlı qələbə qazanıb.
Fevralın 15-də yerli vaxtla axşam saatlarında Braqada baş tutan qarşılaşmada “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç 21-ci dəqiqədə penaltidən hesabı açıb.
Lakin ilk hissənin sonunda meydan sahibləri hesabı bərabərləşdiriblər.
İkinci hissədə, 54-cü dəqiqədə cərimə zərbəsindən sonra Zubir "Qarabağ"ı 2:1 önə keçirdi. 11 dəqiqə sonra Juninyo "Qarabağ"ın üçüncü qolunu vurdu. Və daha 4 dəqiqə sonra Zubir fərqi 4:1-ə çatdırıb.
90+1-ci dəqiqədə Moutinyo fərqi 2:4-ə endirib.
Ümumilikdə görüş “Qarabağ”ın böyük üstünlüyü ilə keçdi və hesab daha yüksək ola bilərdi.
Beləliklə, “Qarabağ” Bakıdakı cavab oyunu öncəsi Avropa Liqasının 1/8 final mərhələsinə yüksəlmək vəzifəsini xeyli asanlaşdırıb.
Rəy yaz