�Qaradağ-Qalamaz� İB-nin istehsalat sahəsində iki qazmaçı xəsarət alıb
Bakı/03.11.17/Turan: Azərbaycan Dövlət Neft Şirkətinin "Qaradağ-Qalamaz" İB-nin "Qaradağ" sahəsində 490-cu quyuda qazma prosesində baş vermiş qəza nəticəsində iki nəfər xəsarət alıb.
Qazmaçı köməkçiləri Fikrət Gözəlov və Cavad Ədilov qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan birinin yırğalanması nəticəsində xəsarət alıblar.
Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər və müalicə alırlar.
Qəzanın səbəbləri araşdırılır.
Öz növbəsində, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Gözəlov kəllə-beyin travması ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Ədilova zəruri tibbi yardım göstərilib. Onun həyatı üçün təhlükə yoxdur.
Bu gün axşam onun xəstəxanadan çıxarılacağı gözlənilir. -06D-
-
- İqtisadiyyat
- 3 Noyabr 2017 12:28
Cəmiyyət
-
İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən müştəriləri üçün xüsusi olaraq 100 seriyalı nömrələrini təqdim edir. Yeni seriya çərçivəsində müştərilər “055 100 XX XX” formatında unikal nömrələr əldə edə biləcəklər.
-
Vəkil Aslan İsmayılov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ictimai müraciət edərək, ölkənin məhkəmə sistemində təcili islahatlar aparılmasını tələb edib. İsmayılov, məhkəmələrdəki sistematik korrupsiya və prosedur pozuntularının ictimai narazılığı artırdığını və bunun gələcəkdə daha geniş etirazlara səbəb ola biləcəyini xəbərdarlıq edib.
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
Rəy yaz