Qurban Qurbanov Azərbaycan yığmasının yeni məşqçisi oldu
Bakı/03.11.17/Turan: Ağdamın "Qarabağ" klubunun məşqçisi Qurban Qurbanov futbol üzrə Azərbaycan milli yığmasının baş məşqçisi təyin edilib.
Bu qərarı bu gün AFFA-nın (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) icra komitəsi yekdilliklə qəbul edib.
Qurbanov altı il müddətinə yığma komandaya cəlb edilib və bu müddət milli komandanın 2020 və 2024-cü illər Avropa və 2018-ci il dünya çempionatına hazırlanmasını əhatə edəcək.
Qurbanov yığma komandada işə 2018-ci ilin yanvarında başlayacaq və bu vəzifədə Xorvatiyalı mütəxəssis Robert Prosineçkini əvəz edəcək.
Eyni zamanda, Qurbanov "Qarabağ"ın baş məşqçisi olaraq qalır.
Qurbanov Azərbaycanın ən çox uğur əldə edən məşqçisidir.
Onun rəhbərliyi altında "Qarabağ" ardıcıl olaraq üç sezon Avropa Liqasının qrup turnirinə keçib, bu il isə Çempionlar Liqası qrupuna keçib, burada Madridin "Atletiko" komandası kimi nəhənglə iki oyunu heç-heçə başa vurmaqla Avropa futbol ictimaiyyətinin diqqətini cəlb edib. -06D-
-
- Cəmiyyət
- 3 Noyabr 2017 11:32
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz