Repressiya və İgəncələr Əleyhinə Komitə: Oqtay Gülalıyevin hadisəsi qorxu yaratmaq məqsədilə törədilmiş sui-qəsddir
Bakı/08.11.19/Turan: "Hüquq müdafiəçisi, Repressiya və İşgəncələr Əleyhinə Komitəsinin koordinatoru Oqtay Gülalıyevin hadisəsi onun prinsipial ictimai fəaliyyətinə son vermək və başqalarında da qorxu yaratmaq məqsədilə törədilmiş sui-qəsd və terror hadisəsidir."
Bu sözlər "Repressiya və İgəncələr Əleyhinə Komitə"nin toplantısında deyilib.
Toplantıda son günlərin repressiya və işgəncə faktları, hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı hadisənin ictimai araşdırmasına aid ilkin qənaətlər və bu istiqamətdə görüləcək işlər, həmçinin komitənin qarşısında duran əsas vəzifələr müzakirə edilib.
Tədbirdə komitə üzvləri, media təmsilçiləri, işgəncələrə məruz qalmış şəxslərin ailə üzvləri iştirak edib.
Komitə üzvü Əlövsət Sadıqlı deyib ki, Oqtay Gülalıyevin vurulma anının video-görüntüsünün hüquqşünaslar və hüquq müdafiəçiləri tərəfindən təhlili baş vermiş hadisənin qəza yox, qəsdən adam öldürməyə hesablanmış cinayət hərəkəti olduğunu iddia etməyə əsas verir.
Onun sözlərinə görə, siyasi məhbuslar üzrə araşdırmalarla məşğul olan hüquq müdafiəçilərinə qarşı gözlənilən bütün təqib, təzyiq, təhdid, həbs və ya qəsd halları üçün məsuliyyət mövcud hakimiyyətin üzərinə düşəcək.
Komitənin digər üzvü Rövşən Əhmədli deyib ki, Oqtay Gülalıyevin işi ilə bağlı xüsusi istinaq qrupu yaradılmalıdır.
Rövşən Əhmədli son günlərin repressiya və işgəncə faktlarına da toxunub.
Repressiya və İgəncələr Əleyhinə Komitənin üzvü Eldəniz Quliyev deyib ki, komitə fəaliyyətini davam etdirəcək, müvəqqəti olaraq komitənin koordinatoru seçiləcək.
Oktyabrın 29-da Bakının mərkəzində tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevi maşın vurub.O, kəllə-beyin travması alıb, beyninə qan sızıb.
Bir neçə saatdan sonra Gülalıyev komaya düşüb. Oktyabrın 30-da Bakıda nevro-cərrahiyyə əməliyyatı edilib.
Oqtay Gülalıyevi müayinə etmək üçün noyabrın 5-də Heydər Əliyev Fondunun dəvətilə gələn türkiyəli mütəxəssislər onun müalicə üçün Türkiyəyə aparılmasını tövsiyə ediblər.
Noyabrın 6-da o, AZAL şirkətinin xüsusi reysilə İstanbula aparılıb və “Avrasiya” klinikasına yerləşdirilib. Ailəsi hüquq müdafiəçisinin vəziyyətinin kritik olduğunu deyir.
-
- Cəmiyyət
- 8 Noyabr 2019 16:43
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz