Rüfət Səfərovun işgəncələrlə bağlı şikayəti təmin olunmayıb
Bakı/26.10.17/Turan: Xətai Rayon Prokurorluğu keçmiş müstəntiq, 9 saylı koloniyada saxlanılan Rüfət Səfərovun şikayətini təmin etməyib. Bu barədə Turan-a onun atası Eldar Sabiroğlu bildirib.
Onun sözlərinə görə, Xətai prokurorluğunda R.Səfərovun vəkili Bəhruz Bayramovun təqdim etdiyi şikayət əsasında araşdırma aparılıb. Ancaq prokurorluq cinayət işi qaldırmaqdan imtina edib.
Bundan əlavə, prokurorluğun qərarına 9 saylı koloniyadan verilmiş xasiyyətnamə də əlavə olunub ki, burada da R.Səfərov "müəssisənin normal fəaliyyətinin pozulmasına yönələn hərəkətlər törədən, əməkdaşları şantaj edən, dövlətçiliyə qarşı çıxan, müxalifətyönlü təbliğat aparan, zəifləri öz təsir altına almağa çalışan, özünə və ətrafdakılara bədən xəsarətləri yetirməyə meylli şəxs kimi təqdim edilir.
E.Sabiroğlu hesab edir ki, bu cür xasiyyətnamə adətən təhlükəli cinayətkarlara, residivistlətə verilir.
"Rüfətlə hər şey ola bilər. Rüfət dəli deyil, ruhi xəstə deyil. Xasiyyətnamədən belə çıxır ki, onu ciddi təhlükə gözləyir və buna zəmin hazırlanır", - E.Sabiroğlu güman edir.
*Rüfət Səfərov Zərdab Rayon Prokurorluğunun müstəntiqi olub. 2015-ci il dekabrın 15-də hüquq-mühafizə orqanlarındakı qanunsuzluqlar barədə bəyan edərək istefa verib.
Həmin il dekabrın sonunda R.Səfərova qarşı rüşvət almaq ittihamı ilə cinayət işi başlayıb. 2016-cı ilin sentyabrında Lənkəran məhkəməsi R.Səfərovu 9 il azadlıqdan məhrum edib.
Rüfət Səfərov YAP-dan keçmiş deputat, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.-05B06-
-
- İqtisadiyyat
- 26 Oktyabr 2017 11:32
-
- İqtisadiyyat
- 26 Oktyabr 2017 11:59
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz