
Açiq mənbələrdən foto.
Bakı/02.02.22/Turan: Fevralın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 2-də yaydığı məlumatda deyilir.
Xidmət həm də xəbərdarlıq edir ki, 2-si gündüzdən 3-ü gündüzədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında da fevralın 2-si gündüzdən 3-ü gündüzədək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimal edilir.
Havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 10-14 dərəcə isti olacaq. Bakıda gecə 3-5 dərəcə isti, gündüz 12-14 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz, lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 14-1 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq. -05D-
Rəy yaz