Açiq mənbələrdən foto.
Saxta COVİD-19 pasportunun verilməsilə bağlı yeni faktlar aşkarlanıb
Bakı/23.08.21/Turan: Azərbaycanın bəzi tibb müəssisələrində pul müqabilində saxta COVİD- pasportların verilməsi aşkar edilib.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatda bildirilir ki, həyata keçirilən ilk əməliyyat zamanı müəyyən olunub ki, Xəzər rayonu Binə qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının tibb bacıları Abbasova, Allahverdiyeva, Nəhmətova, həmin müəssisəsinin kompüter qeydiyyatçıları Hüseynova, Dadaşzadə və Səbayel rayonunda yerləşən 33 saylı şəhər poliklinikasının işçisi Elnur Əliyevlə əlbir olaraq vətəndaşlardan 300 manat pul alıb onların xəstəxanaya belə gəlmədən guya peyvənd olunduqlarını göstərən saxta sənəd təqdim ediblər.
Məlumata görə, bu şəxslərin eyni üsulla çoxsaylı vətəndaşlardan pul alaraq onları peyvənd olunmadıqları halda “e-TƏBİB” elektron qeydiyyat sistemində vaksin olunmuş şəxslərin siyahısına daxil etdikləri məlum olub.
“Analoji hal Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləşmiş Şəhər Xəstəxanası və Yasamal rayonunda yerləşən 3 saylı şəhər poliklinikasında da aşkar edilib. Müəyyən olunub ki, həmin müəssisələrdə tibb bacıları işləyən Mahmudova və Bağırova hər doza vaksin üçün 50-100 manat müqabilində ayrı-ayrı vətəndaşlara peyvənd olunmaları barədə saxta məlumatları “e-TƏBİB” elektron qeydiyyat sisteminə daxil ediblər. Bununla da adları çəkilən tibb bacılar pul aldıqları vətəndaşlara onlara vaksin vurulması barədə saxta sənədlər təqdim ediblər”,- məlumatda qeyd edilib.
Qeyd edilən faktlarla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq araşdırmaları aparılır. İş üzrə əhəmiyyət kəsb edən halların, göstərilən qanun pozuntularında hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. -1606В-
Cəmiyyət
-
Azərbaycanla Ermənistan növbəti mərhələdə delimitasiya işlərinin İranla sərhədə qədər başlanması barədə razılığa gəlib. Bununla bağlı yanvarın 16-da Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə ermənistanlı həmkarı Mher Qriqoryanın sədrliyi ilə iki ölkənin dövlət sərhədinin delimitasiya və təhlükəsizliyi komissiyalarının iclasında razılıq əldə edilib.
-
Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında yağışlı və küləkli hava şəraiti gözlənilir. Bu barədə meteoroloji proqnozlarda məlumat verilib.
-
18 yanvar tarixində Azərbaycan üzrə hava proqnozu ölkənin müxtəlif bölgələrində dəyişkən hava şəraiti gözlənildiyini, bəzi ərazilərdə yağışın olacağını bildirir.
-
“Azercell” istifadəçilərə daha rahat xidmət təcrübəsi təqdim etmək məqsədilə öz mobil tətbiqinə "Qonaq girişi" funksiyasını əlavə edib. Bu yenilik bütün istifadəçilərə Azercell-in müxtəlif xidmət və məhsullarını daha əlçatan edir.
Rəy yaz