Sədərək Ticarət Mərkəzində 60 magaza yanıb (Video - 2)
Bakı/18.02.20/Turan: Fevralın 18-də səhər saatlarında "Sədərək" Ticarət Mərkəzində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın saat 9.05-də söndürülüb.
Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və Aviasiya Dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub.
Dövlət Yanğından Mühafizə İdarəsinin qərargah rəisi Əkbər Novruzov bildirib ki, yanğın bir saatadək davam edib.
“23 texnika və 125 canlı qüvvə yanğının söndulməsinə cəlb olunub. Yanğın 900-1000 kvadrat metr ərazini əhatə edib. Yanğın tam söndürülüb. Soyutma işləri aparılır. Yanğının səbəbi məlum deyil. Hazırda araşdırma aparılır," o qeyd edib.
Yanğın ticarət mərkəzinin geyim mağazaları olan 8-ci sırasında baş verib. 60-dək mağaza yanıb. Mağaza sahibləri yanğına səbəb kimi elektrik naqillərində qısa qapanmanın olduğunu güman edirlər.
Yanğın zamanı 9 nəfərə hadisə yerində yardım göstərilib. Xəsarət alan bir nəfər isə təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. -03B-
-
- Cəmiyyət
- 18 Fevral 2020 10:23
Cəmiyyət
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
Rəy yaz