“Sən demə” gender teleproqramının təqdimatı
Bakı/28.02.20/Turan: Tezliklə İctimai TV-nin efirində gender bərabərliyi mövzusunda yeni veriliş yayımlanacaq. Yaradıcı heyət onu “Sən demə” adlandırıb.
Proqramın müəllifi və aparıcısı, Rasional İnkişaf Uğrunda Qadınlar Assosiasiyası QHT-nin rəhbəri Şəhla İsmayıl qeyd edib ki, ailədə qadınlara qarşı zorakılıq, təhsildə və işə düzəlmədə ayrı-seçkilik, qadın sağlamlığı - bu və ya gender mövzusunun digər aspektləri televiziya verilişlərində müzakirə obyekti olacaq.
Yaradıcı qrup ənənələr və gender, din və onun ailədə, cəmiyyətdə qadına münasibətə təsiri, mentalitet və ya stereotiplər kimi mövzularda maarifləndirici müzakirələrə başlamağı hədəfləyir. Ekspertlərin çıxışları rəy sorğuları, sıravi vətəndaşların fikirləri ilə gücləndiriləcək.
Layihənin müəllifləri bu mövzuda analoji televiziya layihələri, xüsusən də Almaniyadakı layihələrlə bağlı təcrübəni öyrəniblər. “Biz bu şəkildə televiziya verilişlərinin maksimum effektivliyinə nail olmağa çalışırıq”, - Şəhla İsmayıl deyib.
Layihə Almaniya XİN, İsveçrə Əməkdaşlıq Təşkilatı, Almaniya Müstəqil Sosial Araşdırmalar Mərkəzi və Gürcüstan Qadın İnformasiya Mərkəzi tərəfindən dəstəklənir. 0—
-
- İqtisadiyyat
- 28 Fevral 2020 16:13
-
- Maliyyə
- 28 Fevral 2020 16:23
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz