Sərhəddən 100 min dollar keçirmək cəhdinin qarşısı alınıb
Bakı/17.02.20/Turan: Fevralın 15-də Bakı Beynəlxalq Aeroportunda gömrükçülər 100 min dollar ölçüsündə nağd valyutanın sərhəddən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Gömrük Komitəsinin məlumatına görə, valyuta adı açıqlanmayan Bakı-İstanbul reysi ilə gedən vətəndaşda aşkar edilib.
Sərnişinin baqajı yoxlanılarkən rentgen aparatında şübhəli predmetlər görünüb. Yoxlama zamanı baqajın içərisindəki sellofan paketlərdə olan iki ədəd şalvar, gödəkçə və üç ədəd corabın içərisində,ümumilikdə 100 000 ABŞ dolları aşkarlanıb. Şəxsi yoxlama zamanı isə vətəndaşın üzərində olan şalvarının arxa cibindəki pul kisəsindən 1500 ABŞ dolları aşkar edilib.
Gömrük faktla bağlı hansı tədbirin görüldüyünü açıqlamır.
Xatırladaq ki, sərhəddən nağd vəsait olaraq 10 min ABŞ dolları keçirilməsinə icazə verilir. -02D-
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz