"Şıx" yamacında "Ekoloji park" salınır
Səbail rayon İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Bibiheybət qəsəbəsindəki «Şıx» yamacında 50 ha sahədə ekoloji parkın yaradılması layihəsinə başlayıb. RİH-in məlumatına görə, artıq 1 əsas və 2 köməkçi su rezervuarları quraşdırılıb, Burada tətbiq ediləcək damcı üsulu ilə suvarma sistemi üçün müxtəlif diametrli 3,7 km əsas, 39 km isə köməkçi xətlər çəkilib. 2 ədəd yüksək təzyiqli su nasosu quraşdırılıb,yeni elektrik xətləri çəkilib.
Nazirliyin mütəxəssislərinin köməyi ilə “Ekoloji park”da 150 minə yaxın ağacın əkilməsi planlaşdırlır. Artıq 30 min ədəd yeni ağac əkilib. Əlavə ağacların əkilməsi mövsüm ərzində davam edəcək. Əkilən ağaclara İl boyu i ağaclara qulluq göstərməki isə Rayon İcra Hakimiyyətinin işi olacaq.
Dağ yamacı, böyük maillik olan ərazidə əsasən yerli iqlimə uyğun Eldar şamı, oleandr və digər ağacların əkilməsi nəzərdə tutulub. Ekoloqlar bunun ekoloji problemlərin mövcud olduğu Bibiheybət buxtası və bütövlükdə paytaxt üçün uğurlulayihə olacağını deyirlər.
Layihədə eko parkın dağ yamacı boyunca Su İdmanı Sarayı istiqamətində genişləndirilməsi nəzərdə tutulub.
-
- Cəmiyyət
- 3 Mart 2016 13:01
-
- Söz istəyirəm
- 3 Mart 2016 13:26
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz