![Сиявуш Новрузов](https://turan.az/resized/media/2018/main/030600008235-750-500-resize.webp)
Сиявуш Новрузов
Siyasi mühacirin atasının qəbri təhqir olunub
Bakı/05.03.18/Turan: Bu günlərdə siyasi mühacir Vidadi İsgəndərlinin atasınınGöyçay rayonundakı qəbrini təhqir ediblər. Təhqirin əks olunduğu video YouTube kanalında yerləşdirilib. Qəbri təhqir edən şəxslər Vidadi İsgəndərlidən tənqidlərini dayandırmasını tələb edib.
Vidadi İsgəndərli Azərbaycanın prokuroroluq orqanlarında işləyib. Vəzifədən azad edildikdən sonra müxalifətə keçib və hüquq müdafiə fəaliyyəti ilə məşğul olub. Bir neçə dəfə həbs edilib. 2015-ci ildə mühacirətə gedib.
İsgəndərli Azərbaycan hökumətini, yüksək vəzifə tutan şəxsləri, onların ailə üzvlərini, Milli Məclisin deputatlarını kəskin emosional tənqidləri ilə tanınır.
Atasının qəbrinin təhqirindən sonra İsgəndərli YouTube kanalında prezident İlham Əliyev, onun atası Heydər Əliyev, ailə üzvləri, eyni zamanda fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokuror Zakir Qaralov, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevlə bağlı kəskin tənqidi video-müraciətini yerləşdirib. İsgəndərli prezident Əliyevə müraciətində atasının qəbrini təhqir edənlərin dərhal tapılıb həbs edilməsini tələb edir.
"Atam Sovet İttifaqı Qəhrəmanıdır. Atamın qəbrinə qarşı vandallıq edənlərin iki gün müddətinə tapılmasını tələb edirəm", deyə o qeyd edib.
İsgəndərli müraciətində deyir ki, İlham Əliyev qəbri təhqitr edənlərin tapılıb cinayət məsuliyyətinə cəlb edilməsi barədə göstəriş verib.
"Mən iki sutka vaxt verirəm. İstəyirəm ki, bu vandalizm ilə bağlı mövqeyinizi bildirəsiniz", deyə o deyib.
Öz növbəsində, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, hər bir insan mübarizəsini kişi kimi aparmalıdır.
"Daha Vidadi İsgəndərli kimi, ayrı-ayrı insanların şəxsi həyatını, ailəsini və qohumlarını öz çirkin mübarizəsinə şərik etməməlidir. Bu, etik normalara sığmayan hərəkətdir. Ay Vidadi İsgəndərli, siyasi mübarizəni belə kişi kimi aparmaq lazımdır! İndi qaçıb Avropada gizlənmisən deyə, insanların ailəsi və övladları haqqında çirkin, əxlaqsız və yalan fikirlər söyləməlisən?", deyə o qeyd edib. -03B-
-
- Cəmiyyət
- 5 Mart 2018 19:11
Cəmiyyət
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
-
Fevralın 13-də paytaxtda və Abşeron yarımadasında yağıntı gözlənilir. Şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
Rəy yaz