Акция протеста 12-13 января 2016 г. в Сиязани
�Siyəzən məhbusları� aclığa başlayıblar
Bakı/20.06.17/Turan: "Siyəzən məhbusları" iyunun 21-dən aclığa başladıqlarını elan ediblər. Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb. Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdən sonra məhbuslar aclıq etdiklərini bəyan ediblər. Onlar ədalətsiz məhkəmə hökmünə etiraz edirlər.
2016-cı il yanvarın 12 və 13-də Siyəzən rayonunda unun və digər məhsulların qiymətlərinin artırılmasına etiraz olaraq bir qrup sakin Siyəzən Rayon İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlər dağılışıb. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanılıb. Bir neçə nəfərin barəsində inzibati cəza çıxarılıb. 11 nəfər - Fariz Kərimov, Abasət Süleymanov, Namiq Məstanov, Coşqun Bəgişov, Talib Ağamalıyev, Elçin Əliyev, Kamran Abdullayev, Nizami Qəniyev, Müslüm Əzimov, Zaur Şəkərov, Aydın Səfərli cinayət məsuliyyətinə cəlb edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221- ci (xuliqanlıq), 228-ci (qanunsuz olaraq odlu silah daşıma və gəzdirmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittihamlar irəli sürülüb.
Bu il martın 29-da Quba Rayon Məhkəməsi M.Əzimov və Z.Şəkərovu 6 il, F. Kərimov, A. Süleymanov, N.Məstanov, C. Bəgişov, T.Ağamalıyev, E. Əliyev, K.Abdullayev və N. Qəniyevi 4 il, A.Səfərlini 2 il azadlıqdan məhrum edib.
Vəkilin sözlərinə görə, Siyəzən məhbuslarının işi üzrə bu gün Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya baxışını qeyri-müəyyən vaxtadək təxirə salıb.
"Səbəb o idi ki, əvvəl apellyasiya şikayəti verməyən iki məhbusdan biri apellyasiya şikayəti verib. Onun verdiyi apellyasiya şikayətinin vaxtında verilib-verilməməsini yoxlamaq üçün iş yenidən Quba Rayon Məhkəməsinə göndərilib", - vəkil qeyd edib. -03B-
-
- Siyasət
- 20 İyun 2017 17:05
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz