Açiq mənbələrdən foto.
Şturman “SilkVey” aviaşirkətini ittiham edir
Bakı/17.04.21/Turan: “SilkVey” aviaşirkətinin təlimatçı-naviqatoru İqor Ələsgərov şirkəti təhlükəli uçuşların təşkilində ittiham edir.
Ələsgərov Turan agentliyinə məktubunda bildirir ki, bu Azərbaycan aviaşirkətinin təyyarələri təhlükəsiz uçuş üçün çənlərdə yetərli olacaq miqdarda yanacaq ilə uçmurlar.
İqor Ələsgərov yazır:
- Sıravi şturmandan təlimatçı-şturman vəzifələrinədək işlədiyim 16 il ərzində dəfələrlə "uçuş məmurları" tərəfindən uçuş qanunlarının pozulması ilə qarşılaşmışam.
30.11.1995-ci ildə Bakıda enişə daxil olarkən ehtiyat aerodroma getmək üçün yanacaq çatışmazlığı səbəbindən "Bakı-Avia" yük aviaşirkətinin Boinq-707 təyyarəsi qəzaya uğrayıb.
05.09.2019-ci ildə reysi təhlükəsiz başa çatdırmaq üçün yetərli yanacağı olmayan İL-76 təyarəsi Bakı aeroportuna enib. Yəni, ehtiyat aerodroma getsəyd, bu, növbəti fəlakət olardı. Mən vəzifəli şəxs kimi müəyyən edilmiş prosedura əsasən bu barədə məlumat verdim.
9 aydan sonra -12.07.2020-ci tarixində aviaşirkətin rəhbərliyi məni "cəzalandırmaq" qərarına gəldi. 24.09.2020-ci ildə üçaylıq ayrı-seçkilik və yalandan sonra məni 70 “C” maddəsilə işdən çıxardılar", - Ələsgərov yazır.
O hesab edir ki, şirkət təyyarələrinin uçuşlarında qəza təhlükəsi barədə hesabatlarına görə cəzalandırılıb.
İqor Ələsgərov işdən çıxarıldıqdan sonra Xəzər Rayon Məhkəməsinə müraciət edib, məhkəmə onunla əmək müqaviləsinə xitam verilməsini qanuni hesab edib. Məhkəmədən sonra şturman hüquq-mühafizə orqanlarına, ölkə prezidentinə və vitse-prezidentə, Antikorrupsiya Komitəsinə, Daxili İşlər Nazirliyinə müraciət edərək aviasiyada korrupsiyanın araşdırılmasını xahiş edib. Cavab gəlməyib.
Ələsgərov Bakı Apellyasiya Məhkəməsində iddia qaldırıb. İş 02.04.2020-ci ildə dinlənilib və hakimlər birinci instansiya məhkəməsinin qərarında pozuntuları qeydə alıblar, növbəti iclas aprelin 30-da olacaq.
Ələsgərov işinə bərpa olunmağı tələb edir. Lakin ona hədə dolu anonim zənglər gəlir. Özünü Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edən naməlum şəxs Ələsgərovu qorxudur və Apellyasiya Məhkəməsindən iddia ərizəsini götürməyi tələb edir.
“SilkVey” şirkətinin hüquq şöbəsinin rəisi Nazir Mustafayevlə söhbət zamanı Turan-ın müxbirinə məlum olub ki, İqor Ələsgərovla əmək müqaviləsinə şturmanın təhlükəsizlik reqlamentini pozması səbəbindən xitam verilib: o, uçuş haqqında hesabatı vaxtında təqdim etməyib.
Məhkəmə sənədlərində Ələsgərovun həmkarlarının ifadələri var. Uçuş işi üzrə direktor müavini Sahib Kazımov məhkəmədə Ələsgərovun uçuşdan sonra spirtli içki içdiyini bildirib. Baş naviqator Samir Qədimov və pilot Rövşən Cumayev Ələsgərovun yüksək peşəkarlığından, eyni zamanda mürəkkəb şəxsi keyfiyyətlərindən danışıblar. Ekipaj rəhbərlikdən Ələsgərovu uçuşlara təyin etməməyi xahiş edib, belə ki, kollektivlə yola getmir.
Məhkəmə Ələsgərovla əmək müqaviləsinin pozulmasının qanuniliyini öyrənməklə məşğuldur. İctimaiyyət üçün isə “SilkVey” aviaşirkətində təyyarələrin təhlükəli istismarına dair həqiqətin aydınlaşdırılması daha vacibdir.
Nazir Mustafayev deyir ki, o, bu sahədə mütəxəssis deyil və təyyarələrə yanacağın yetərincə doldurulub-doldurulmaması və bunun uçuşların təhlükəsizliyinə necə qorxu yaratması barədə Turan-a heç nə deyə bilmir. Telefon təhdidlərinə gəlincə, hüquqşünas Daxili İşlər Nazirliyinə müraciət etməyi təklif edir.–0—
-
- Sual-cavab
- 17 Aprel 2021 11:31
Cəmiyyət
-
Fazil Qasımov, tanınmış alim Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunan Azərbaycanlı iqtisadçı, iş üzrə digər təqsirləndirilən şəxs Anar Əliyevin, hüquq komandasını buraxmazsa, onu öldürməklə hədələdiyini iddia edib.
-
Bazar günü, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən internet provayderlərinin (İSP) son reytinqini açıqlayıb. Reytinqdə provayderlər iki əsas meyara — istehlakçı şikayətlərinin sayına və müraciətlərə cavab vermə sürətinə görə qiymətləndirilib. Nəticələr isə ölkənin İSP-ləri arasında keyfiyyət baxımından ciddi fərqləri üzə çıxarıb.
-
“Azercell Telekom” MMC və ADA Universiteti Fondunun əməkdaşlığı çərçivəsində həyata keçirilən “İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsi start götürüb. Ötən ildən etibarən uğurla davam edən bu proqram Azərbaycanın startap ekosisteminin gücləndirilməsinə, gənc mütəxəssislərin İT və İKT sahələrində inkişafına dəstək olmaq məqsədini daşıyır. Bu il “İdeya İnkubasiyası Proqramı”nda tələbələrdən ibarət 10 komanda birincilik uğrunda yarışacaq.
Rəy yaz