Açiq mənbələrdən foto.
Alban-udin xristian icmasının üzvləri Tuğdakı məbəddə Pasxa ibadətlərini edəcəklər
Bakı/17.04.21/Turan: Azərbaycanda Alban Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-udin xristian dini icmasının bir qrup üzvü işğaldan azad edilmiş Xocavənd rayonuna səfər edirlər. Onlar əsasən Tuğ kəndində qədim alban məbədini ziyarət edəcək və Pasxa bayramı münasibətilə burada dini mərasim keçirəcəklər.
Səfər Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi yanında Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təşkil olunub.
Alban-udin xristian dini icması 19-cu əsrin ilk üçdə birində ermənilərin Qarabağda kütləvi məskunlaşdırılmasından sonra 1836-cı ildə Rusiya imperiyasının Müqəddəs Sinodu tərəfindən ləğv edilmiş Alban Apostol Müstəqil Kilsəsinin varisidir.
Ərazilər işğaldan azad edildikdən sonra Alban-xristian icmasının üzvləri öz məbədlərində ibadət etmək imkanları əldə ediblər. –06D-
-
- Cəmiyyət
- 17 Aprel 2021 12:04
Siyasət
-
Azərbaycanın müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı, polkovnik-general Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Metin Gürak ilə görüşüb.
-
Bakı-Moskva münasibətlərində AZALın təyyarə qəzasından sonra başlayan soyuqluq, deyəsən, güclənir. Bakı getdikcə tez-tez Moskvaya təyyarənin qəzaya uğramasının və vətəndaşlarının həlak olmasının üstünü örtməyə imkan verməyəcəyini göstərir.
-
ABŞ Dövlət katibi Marko Rubio cümə günü əksər mövcud xarici yardım qrantlarının 90 gün müddətinə dayandırılmasını əmr edən göstəriş imzalayıb. Bu qərar Dövlət Departamenti rəsmilərini şoka salıb və Politico-nun məlumatına görə, Ukraynaya hərbi yardımın maliyyələşdirilməsini hədəfə alıb.
-
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, bu barədə Azərbaycan XİN-in yanvarın 25-də yaydığı məlumatda bildirilir.
Rəy yaz