Açiq mənbələrdən foto.
Ekspert: “Avropa İttifaqı və ATƏT Qarabağ ermənilərinin vəziyyətini pisləşdirə bilər”
Bakı/17.04.21/Turan: Əgər Avropa strukturları Azərbaycanın milli maraqlarına hörmətsizlik göstərirlərsə və ölkənin suverenliyinə məhəl qoymayaraq separatçılarla danışıqlar aparırlarsa, Bakı Dağlıq Qarabağ ermənilərinin elektrik və qaz təchizatı ilə bağlı məsələlərinin həllində onlardan "əvəz çıxa" bilər. Bu fikri politoloq Fərhad Məmmədov aprelin 14-də Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarın "Qarabağın xarici işlər naziri" David Babayanla danışıqları ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin etirazını Turan-a şərh edərkən bildirib.
“Müharibədə qələbəyə qədər biz Qarabağda ermənilərin həyatına təsir göstərə bilmədik, amma indi regionun təbii sərvətlərinin və infrastrukturunun Bakının nəzarəti altında olduğu vaxtda Qarabağ ermənilərinin həyatının sosial-iqtisadi imkanlarına Azərbaycan nəzarət edir. Avropa İttifaqının və digər beynəlxalq qurumların bizə münasibəti nə qədər hörmətsiz olarsa, Bakının Qarabağ ermənilərinə münasibəti bir o qədər sərt ola bilər", - Fərhad Məmmədov deyib.
O, Xarici İşlər Nazirliyinin bəyanatını "gözlənilən" adlandırıb, çünki Qarabağ ermənilərinin status haqda yalan illüziyaları olmamalıdır.
"ATƏT-in fəaliyyətdə olan sədri, ATƏT-in Minsk Qrupu və Avropa İttifaqının xüsusi nümayəndəsi nümayiş etdirirlər ki, hərbdən sonrakı reallıqları qəbul etmirlər. Biz onları geosiyasin reallıqları düzgün qiymətləndirməsinə çalışmalıyıq", - Fərhad Məmmədov hesab edir.
ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşlərin səviyyəsini Azərbaycan Xarici İşlər Nazirliyi şöbə müdirləri səviyyəsinə qədər azaltmaq doğru olacaq. Həmsədrlərin pezidentlə və xarici işlər naziri ilə görüşünə ehtiyac yoxdur, çünki ATƏT-in Minsk Qrupunun fəaliyyətində əvvəlki aktuallıq daha yoxdur, - o belə hesab edir.-0-
-
- Cəmiyyət
- 17 Aprel 2021 14:06
Siyasət
-
Demokratik Qüvvələrin Milli Şurası tərəfindən tərtib edildiyi iddia edilən saxta sənəd ətrafında qalmaqal 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində siyasi müdaxilə və manevrlərlə bağlı suallar doğurub.
-
Fransa Xarici İşlər Naziri Jan-Noel Barro şənbə günü Azərbaycanı Yeni Kaledoniya və digər Fransız dənizaşırı ərazilərində vəziyyəti qeyri-sabitləşdirməyə cəhd etməkdə ittiham edib. Sosial media platforması X-də etdiyi açıqlamada Barro bildirib: "Bakı qrupu bir daha Yeni Kaledoniyada milli siyasi həyatımızı qeyri-sabitləşdirməyə çalışıb. Azərbaycanın dənizaşırı ərazilərimizdəki bu mənasız cəhdləri qəbuledilməzdir və dərhal dayandırılmalıdır."
-
Azərbaycanın müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı, polkovnik-general Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Metin Gürak ilə görüşüb.
-
Bakı-Moskva münasibətlərində AZALın təyyarə qəzasından sonra başlayan soyuqluq, deyəsən, güclənir. Bakı getdikcə tez-tez Moskvaya təyyarənin qəzaya uğramasının və vətəndaşlarının həlak olmasının üstünü örtməyə imkan verməyəcəyini göstərir.
Rəy yaz